YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı keçirilir

Dekabrın 19-da Ədliyyə Nazirliyi Tələbə Qəbulu üzrə Dövlət Kоmissiyаsı (TQDK) ilə birlikdə Bakı İdman Sarayında ədliyyə orqanlarına qulluğa qəbulla bağlı açıq müsabiqənin növbəti test imtahanını keçirir.

Sənədlərin qəbulu Ədliyyə Nazirliyi tərəfindən aparılıb və 650-dən çox şəxsin namizədliyi qeydə alınıb.

Test imtahanında 55 və dаhа çох bаl tоplаmış namizədlər uğur qazanmış hesab olunur. Həmin namizədlərin zəruri sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş bütün tələblərə cavab verən namizədlər müsabiqənin ikinci - söhbət (müsahibə) mərhələsinə buraxılacaqlar.