YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bolqarıstan Parlamentinin sədri xanım Tsetska Tsaçeva Azərbaycanın bu ölkədəki səfiri Emil Kərimov ilə görüşüb

Bolqarıstan Xalq Məclisinin sədri xanım Tsetska Tsaçeva Azərbaycanın bu ölkədəki səfiri Emil Kərimov ilə görüşüb. Parlamentin sədri ölkələrimiz arasında son illər ərzində bir çox sahələr üzrə əlaqələrin sürətlə inkişafından danışıb, bu prosesdə dövlət başçılarının yüksək rolunu qeyd edib. O, Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin martında Bolqarıstana rəsmi səfərini xatırladıb. Səfər çərçivəsində imzalanmış “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin əhəmiyyətini vurğulayıb. T.Tsaçeva Azərbaycan və Bolqarıstan parlamentləri arasındakı əlaqələrdən, hər iki qanunverici orqanda dostluq qruplarının fəaliyyətindən bəhs edib. O, qanunverici orqanlar arasında əlaqələrin son illərdə daha da inkişafında parlament rəhbərlərinin və üzvlərinin qarşılıqlı səfərlərinin mühüm rol oynadığını diqqətə çatdırıb. Həmçinin, parlamentlərimizin komitə və komissiyaları arasında həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində sıx əlaqələrin mövcud olduğunu vurğulayıb.

Son illər Azərbaycana etdiyi səfərləri xatırladan xanım sədr ölkəmizin sürətli inkişafını, bu istiqamətdə ölkə rəhbərliyinin gördüyü işləri qeyd edib. O, parlamentlər arasında əlaqələrin inkişafında Emil Kərimovun fəaliyyətini vurğulayıb və səfirə Bolqarıstan Xalq Məclisi adından xatirə nişanı təqdim edib.

Səfir Bolqarıstan Xalq Məclisi tərəfindən göstərilən etimada görə parlamentin sədrinə təşəkkürünü bildirib.