YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Akif Əlizadə: 2015-ci il AMEA üçün kifayət qədər uğurlu, səmərəli və məhsuldar il olub

«2015-ci il AMEA üçün kifayət qədər uğurlu, səmərəli və məhsuldar il olub. Bu il ərzində Akademiya 26 beynəlxalq olmaqla, 60-a yaxın mötəbər tədbir keçirib». Bu fikirləri AMEA-nın prezidenti, akademik Akif Əlizadə deyib.

A.Əlizadə bildirib ki,
Elmin İnkişafı üzrə Milli Strategiyanın uğurla həyata keçirilməsi ciddi nəticələr verməkdədir.

«Bu strategiyanın icrası icrası elmi tədqiqatların istiqamətlərini ölkənin mühüm ictimai-mədəni məsələlərin həllinə, eləcə də dünya elminin prioritet istiqamətlərinə uyğun müəyyənləşdirilməsinə, elmdə idarəetmə sisteminin modernləşdirilməsinə, elm və təhsilin inteqrasiyasına, elmi işçilərin sosial təminatının yaxşılaşdırılmasına və s. müsbət təsir göstərib»- deyə, akademik qeyd edib.