YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda İsveçin Azərbaycandakı səfirliyi açılacaqdır

Bakıda İsveçin Azərbaycandakı səfirliyinin təntənəli açılış mərasimi keçiriləcəkdir.

Yaxın vaxtlarda İsveçin ticarət naziri Eva Börlinqin Azərbaycana səfəri gözlənilir. Səfər çərçivəsində səfirliyin açılışı olacaqdır.

Qeyd edək ki, səfər çərçivəsində nazir Eva Börlinqin səfirliyin açılış mərasimində iştirak etməkdən əlavə, Azərbaycan hökumətinin və ölkəmizin qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşləri də nəzərdə tutulur.

Səfər müddətində naziri isveçli biznesmenlərdən ibarət nümayəndə heyəti müşayiət edəcəkdir.