YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP-ın Partiyadaxili inkişaf və intizam komissiyası və YAP Gənclər Birliyinin birgə təşkilatçılığı ilə «Yeni Azərbaycan Partiyası və gənclik» mövzusunda tədbir keçirilib

Yeni Azərbaycan Partiyasının Partiyadaxili inkişaf və intizam komissiyası və YAP Gənclər Birliyinin birgə təşkilatçılığı ilə «Yeni Azərbaycan Partiyası və gənclik» mövzusunda tədbir keçirilib.

Tədbirdə çıxış edən Partiyadaxili inkişaf və intizam komissiyasının sədri Kərim Kərimov Azərbaycanda sağlam gənc nəslin yetişdiyini bildirib. Azərbaycanda dövlət gənclər siyasətinin əsasının Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu deyən K.Kərimovun sözlərinə görə, bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Komissiya sədri Yeni Azərbaycan Partiyasının da müasir gəncliyin hərtərəfli inkişafına güclü dəstək verdiyini diqqətə çatıdırıb.

Çıxışlarda YAP üzvlərinin 40 faizinin gənclərdən ibarət olduğu qeyd olunub. Bildirilib ki, partiyamızın həyata keçirdiyi uğurlu fəaliyyət gənclərin öz siyasi talelərini YAP-la bağlamasını şərtləndirir. Tədbirdə dövlət gənclər siyasətinin əhəmiyyəti və onun nəticələri haqqında geniş fikir mübadiləsi aparılıb.