YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Akif Əlizadə: Respublikamızda elmi potensialın inkişafı mühüm prioritetlərdən biridir

«Müasir dünyada elm sürətlə inkişaf edir. Elmin inkişafı artıq yeni mərhələyə qədəm qoyub. Respublikamızda da elmi potensialın inkişafı mühüm prioritetlərdən biridir». Bu fikirləri  Azərbaycan Mili Elmlər Akademiyasının pezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin müavini, akademik  Akif Əlizadə bu gün YAP-ın təşkilatçılığı ilə keçirilən "Yeni hədəflər naminə" konfransında çıxışında deyib.

A.Əlizadə bildirib ki, istər dünyada, istərsə də regionda gedən siyasi proseslər Azərbaycanda sabitliyə təsir edə bilməyib. Prezident İlham Əliyevin dünyada intellekti ilə fərqlənən liderlərdən biri olduğunu deyən A.Əlizadə qeyd edib ki, son 10 ildə Azərbaycan inkişaf edərək regionun lider ölkəsinə çevrilib.

A.Əlizadə qeyd edib ki, elmin inkişafı ilə bağlı qəbul edilən çox saylı qərarlar sırasında Elmin İnkişafı Strategiyası mühüm yer tutur. Onun sözlərinə görə, alimlər qarşısında həyata keçirilməli olan yeni mühüm vəzifələr də müəyyənləşib.

«Azərbaycanda mövcud təbii şərait nəzərə alınmaqla kənd təsərrüfatının inkişafı, kimya sənayesinin inkişafında elmin yaxından iştirakının təmin edilməsi alimlərin qarşısında mühüm vəzifə kimi dayanıb. Bizdə hələ də elm və iqtisadiyyatın inkişafı ayrı-ayrılıqda baş verir. Biliklərə əsaslanan iqtisadiyyat qurmaq üçün biznes qurumları da buna dəstək göstərməlidirlər. Elm və istehsalat münasibətlərinin uğurla qurulmasına nail olmalıyıq»- deyə, AMEA prezidenti vurğulayıb.