YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin sədri Oqtay Əsədov: TürkPA-nın V plenar iclası çox səmərəli keçmişdir

İyunun 13-də Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) V plenar iclasının iştirakçıları - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentlərinin sədrləri birgə mətbuat konfransı keçirmişlər.

Parlament sədrləri TürkPA-nın Bakıda keçirilmiş plenar iclası haqqında məlumat vermişlər.

Bildirilmişdir ki, TürkPA-nın növbəti iclası Astana şəhərində keçiriləcəkdir.

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov V plenar iclasın çox səmərəli keçdiyini bildirmiş, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadilələri aparıldığını vurğulamışdır.

Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək TürkPA-ya üzv dövlətlər arasında əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini qeyd etmişdir.

Bildirilmişdir ki, birgə səylər nəticəsində qurumun fəaliyyət istiqamətləri daha da genişləndirilməlidir.