YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan parlamenti sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 13-də Qırğızıstan Jogorku Keneşinin (parlamentinin) sədri Asilbek Jeenbekovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Qırğızıstan parlamentinin sədri Asilbek Jeenbekov Prezident Almazbek Atambayevin salamlarını dövlətimizin başçısına çatdırdı. O, Türkdilli Ölkələrin Parlament Assambleyası Şurasının Bakıda keçirilən növbəti iclasının əhəmiyyətini vurğuladı. Sonra Asilbek Jeenbekov Qırğızıstanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə parkın salınması ilə bağlı işlərin getdiyini məmnunluqla qeyd etdi.

Görüşdə Azərbaycan ilə Qırğızıstan arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu vurğulandı, ölkələrimizin BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli

Dövlətlərin Əməkdaşlıq Şurası və digər beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq etdiyi qeyd olundu, ikitərəfli münasibətlərimizin iqtisadi, humanitar və digər sahələrdə genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi.

Söhbət zamanı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bodrumda keçirilən Zirvə toplantısının əhəmiyyəti vurğulanaraq Türkdilli Ölkələrin Parlament Assambleyası Şurasının Bakıda keçirilən növbəti iclasının da əlaqələrimizin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olundu.

Dövlətimizin başçısı Prezident Almazbek Atambayevin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Qırğızıstan dövlətinin başçısına çatdırmağı xahiş etdi.