YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İspaniyanın dövlət katibi: Cənubi Qafqazdakı münaqişələr ərazi bütövlüyü əsasında həll edilməlidir

İspaniyanın xarici işlər üzrə dövlət katibi İqnasio İbanes Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberlə görüşündə regionundakı mövcud münaqişələrlə bağlı mövqeyini diqqətə çatdırıb. O deyib ki, bu münaqişələr BMT Nizamnaməsi və Helsinki Yekun Aktına uyğun, beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində, ərazi bütövlüyü prinsipi əsasında həll edilməlidir.

İspaniyanın dövlət katibi Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin dərinləşdirilməsinin vacibliyini qeyd edib.