YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

2014-cü ilin ilk dörd ayında Bakı Beynəlxalq Dəniz Ticarət Limanı üzrə 1 milyon 894 min ton yük aşırılmışdır

Yanvar-aprel aylarında Beynəlxalq Dəniz Ticarət Limanı üzrə 1 milyon 894 min ton yük aşırılmışdır ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz az olmuşdur. 

Bu həcmin 392 min tonu Dübəndi terminalında aşırılan neft və neft məhsullarının payına düşmüşdür. Digər 1 milyon 175 min ton Bərə terminalından keçən vaqonların və digər təkərli texnikalar vasitəsilə aşırılmışdır. Həcmin qalan hissəsi - 327 min tonu isə quru yük terminalı vasitəsilə aşırılan yüklərin payına düşmüşdür.

Qeyd olunmuşdur ki, azalmalar əsasən mövsümi amillərlə bağlıdır. Belə ki, adətən ilin əvvəlində hər iki istiqamətdə tranzit yük axınlarının həcminin səngiməsi müşahidə olunur.

Bərə terminalında aşırılan vaqonların sayı 19 min 700 vaqon olmuşdur ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz azdır.

Cari ilin ilk dörd ayında liman körpüləri vasitəsilə 480 TEU konteyner qəbul edilərək yola salınmışdır.