YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Azərbaycan yazıçılarının XII qurultayı işə başlamışdır

İyunun 17-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında Azərbaycan yazıçılarının XII qurultayı işə başlamışdır.

Dövlət və hökumət qurumlarının nümayəndələrinin, Milli Məclisin deputatlarının iştirak etdikləri qurultaya 25 ölkədən 60-dək qonaq, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvləri arasından isə 400-dək nümayəndə qatılmışdır.

Qurultayı AYB-nin sədri, Xalq Yazıçısı Anar açmışdır.

Ötən dövr ərzində dünyasını dəyişmiş quruma üzv şair və yazıçıların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Sonra Azərbaycanın dövlət himni səsləndirilmişdir.