YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Səlim Müslümov: Məşğulluq məsələləri bütün İƏT ölkələrinin ümumi marağıdır

Məşğulluğun artırılması və sosial müdafiə məsələləri İslam Əməkdaşlıq Təşkilatının iştirakçısı olan bütün ölkələr üçün ümumi maraq və aktual məsələdir. bu barədə Əmək, məşğulluq və sosial müdafiə ilə bağlı çərçivə sənədinin icrası üzrə Rəhbər Komitəsinin iclası zamanı deyib.

S.Müslümov bildirib: "Qlobal maliyyə böhranı və digər amillər İslam ölkələrinə də öz təsirini göstərib. Dünyada işsizliyin səviyyəsi orta hesabla 12,6 faiz təşkil edir, amma İƏT ölkələrində bu göstərici 15,6 faizə çatıb".

Nazir qeyd edib ki, belə iclasın keçirilməsi İƏT üzvü olan ölkələr və təşkilatın Əmək, məşğulluq və sosial müdafiə məsələləri üzrə Rəhbər Komitəsi arasında sabit və sistemli münasibətin olmasından xəbər verir: "Ötən il keçirilən İƏT nazirlərinin iclasının yekunları üzrə çərçivə sənədi qəbul edilib və ilk iclası Bakıda keçirilən Rəhbər Komitə yaradılıb. İclasın işinin yekunları üzrə İƏT ölkələri ilə əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığa dair müvafiq fəaliyyət planı qəbul edilməlidir. Bundan əlavə, bizim tərəfimizdən Bakıda İƏT Əmək Mərkəzinin yaradılmasına dair təkliflər paketi hazırlanacaq və təşkilatın üzvlərinə təqdim ediləcək. Mərkəzin yaradılması barədə təklif Prezident İlham Əliyev tərəfindən irəli sürülüb".

DİGƏR Xəbərlər Arxiv