YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yunanıstan mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə dövlət səfərinin əhəmiyyətini yüksək dəyərləndirmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 15-16-da Yunanıstanda dövlət səfərində olmuşdur. Səfərin əhəmiyyətindən bəhs edən Yunanıstan mətbuatı iki ölkə arasında sürətlə inkişaf edən siyasi, iqtisadi və mədəni əlaqələrin dinamikasına diqqət çəkmişdir. 

Azərbaycan Prezidenti İlham Əliyevin və Yunanıstan Prezidenti Karolos Papulyasın mətbuata bəyanatlarında səsləndirdikləri fikirləri şərh edən KİV-lər yazır ki, Azərbaycan-Yunanıstan münasibətlərinin inkişafında böyük xidmətlər göstərən Prezident İlham Əliyev hər iki ölkənin coğrafi üstünlüklərinə yüksək dəyər verərək Qafqaz–Orta Asiya-Yaxın Şərq–Avropa dördbucağında strateji əməkdaşlıq şəbəkəsinin qurulmasına nail olmuşdur.

Mətbuatda çıxış edən yerli ekspertlər hesab edirlər ki, Yunanıstan bu şəbəkə vasitəsilə təbii enerji məhsullarının idxal və ixracını təmin etməklə bərabər özünün enerji təhlükəsizliyinə də təminat ala biləcəkdir. Azərbaycan isə həyata keçirdiyi sülh və inkişaf strategiyası hesabına bir tərəfdən karbohidrogen məhsullarının dünya bazarına çıxarılmasında çoxşaxəli marşrutlar əldə edir, digər tərəfdən isə qazandığı gəlirlər hesabına iqtisadiyyatının hərtərəfli inkişafına təminat yaradır. Mütəxəssislər hesab edirlər ki, TANAP və TAP Avropada həyata keçirilən ən böyük iqtisadi layihələr olmaqla yanaşı, təbii resurslardan səmərəli istifadə edilməsinin və qarşılıqlı əməkdaşlıq əlaqələrinin faydalılığını ortaya çıxaran idarəetmə nəzəriyyəsi kimi də özünü təsdiq etmişdir.

Səfər çərçivəsində Prezident İlham Əliyevin keçirdiyi görüşlərin, imzalanmış sənədlərin əhəmiyyəti, ali qonağa göstərilən yüksək diqqət və digər məqamlara aid məlumatlarla aşağıdakı linklərdə tanış olmaq mümkündür: