YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Gənclərin II Beynəlxalq Mədəni İrs və Turizm Forumu keçiriləcək

Fevralın 1-2-də Bakıda “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və YOCOCU Mədəni İrsin Konsevasiyasında Gənclər Beynəlxalq Assosiasiyasının birgə təşkilatçılığı ilə Gənclərin II Beynəlxalq Mədəni İrs və Turizm Forumu keçiriləcək.

“MİRAS” İctimai Birliyindən bildiriblər ki, forumun təşkilinin məqsədi gəncləri bir araya gətirməklə müxtəlif ölkələr arasında mədəniyyət, mədəni irsin qorunması və öyrənilməsi, turizm və onun yeni sahələri istiqamətində əməkdaşlıq perspektivlərini genişləndirmək, yeni ideyaların mübadiləsinə və uğurlu təcrübələrin geniş tətbiqinə nail olmaqdır.

Bu il tədbirdə Azərbaycanın gənc tədqiqatçıları ilə yanaşı, Türkiyə, Rusiya, Fransa, Hollandiya, Latviya, Macarıstan, Misir və Yəməndən mütəxəssislər iştirak edəcəklər.

Forumun işi “Araşdır”, “Qoru” və “Təbliğ et” bölmələrində aparılacaq.

Tədbir çərçivəsində sərgi-yarmarka təşkil olunacaq, “MİRAS” İctimai Birliyinin mükafatları təqdim ediləcək.