YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Argentina arasında əlaqələr uğurla inkişaf edir

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Argentinanın ölkəmizdəki səfiri Karlos Dante Riva ilə görüşmüşdür.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Şahin Mustafayev ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyini bildirmiş, iqtisadi əlaqələrin genişləndirilməsi, xüsusilə də kənd təsərrüfatı, əczaçılıq sahələrində əməkdaşlıq üçün böyük potensialın olduğunu vurğulamışdır.

Səfir Karlos Dante Riva ölkəsinin Azərbaycan ilə əməkdaşlığa önəm verdiyini qeyd etmiş, bundan sonra da Azərbaycan-Argentina əlaqələrinin inkişafı üçün səylərini əsirgəməyəcəyini diqqətə çatdırmışdır.