YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamilə Əliyeva: Azərbaycanın mədəniyyətlər, svilizasiyalarası dialoqun mərkəzinə çevrilməsi prosesi bu gün də uğurla davam etdirilir

«Sivilizasiyaların  qovşağında yerləşən Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması beynəlxalq aləmdə  etiraf edilən  həqiqətlərdəndir». Bu fikri Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

K.Əliyeva bildirib ki, ölkəmizin sülhsevərliyi,  birgəyaşayış qaydalarına hörməti Azərbaycan xalqına məxsus humanist və xeyirxahlıq kimi yüksək qiymətləndirilir.  Onun sözlərinə görə, dünya ictimaiyyəti üçün aydın olan həqiqət budur ki,  Azərbaycanın mədəniyyətlər, svilizasiyalarası dialoqun mərkəzinə çevrilməsi prosesi bu gün də uğurla davam etdirilir.

«Milliyətindən, dinindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları ölkənin güclənməsində iştirak edir. Azərbaycanda milli dəyərlərə sadiqlik,  ümumbəşəri dəyərlərə  hörmət meylləri respublikanın müasirləşməsinə, modernləşməsinə  xidmət göstərir. Ölkəmizdə yaranan  demokratik şəraiti yüksək qiymətləndirən xarici qonaqlar etiraf edirlər ki,  dünyada çox az dövlət tapılar ki, Azərbaycanda yaranan  tolerantlıq, dini dözümlülüyün təmin olunması üçün  buradakı  qədər səylər göstərilsin»- deyə, K.Əliyeva vurğulayıb.