YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclis antidempinq haqqında qanunu birinci oxunuşda qəbul edib

Milli Məclis bu gün keçirilən plenar iclasında "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" qanun layihəsini birinci oxunuşda qəbul edib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə iclasda bildirib ki, qanun layihəsi yerli istehsalçıları vicdansız rəqabətdən, dempinqdən və (malın ölkəyə normal dəyərindən aşağı qiymətə idxalı) Azərbaycana subsidiyalaşdırılmış idxaldan qorunmağa kömək edəcək.

Qanun layihəsi dempinq faktlarının aşkar olunması üzrə yardım tədbirlərini ehtiva edir. Belə faktların aşkar edilməsi zamanı həmin məhsulun ölkəyə idxalı üçün gömrük rüsumunun həcminin dempinq marjası həcmində artırılması nəzərdə tutulur.

Z.Səmədzadənin sözlərinə görə, Azərbaycan 140-dan artıq ölkə ilə əməkdaşlıq edir və onların çoxunda belə qanun tətbiq edilir: "Lakin bəzi tərəfdaşlarımız bağlanmış sazişlərə baxmayaraq, dempinq siyasətini tətbiq edir. Qanun layihəsi Ümumdünya Ticarət Təşkilatının norma və prinsiplərinə, eləcə də Azərbaycan qanunvericiliyinə müvafiqdir".