YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev “Goetzpartners” şirkətinin sahibi və icraçı direktoru ilə görüşüb

Fevralın 12-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Goetzpartners” şirkətinin sahibi və icraçı direktoru Stefan Qötz ilə görüşü olub.

Almaniyada 10 ən böyük konsaltinq şirkətindən biri olan və 9 ölkədə 12 ofisi yerləşən “Goetzpartners” şirkətinin icraçı direktoru Azərbaycanda fəaliyyət göstərməkdə maraqlı olduqlarını bildirdi.

Dövlətimizin başçısı Azərbaycanda xarici şirkətlər üçün əlverişli sərmayə mühitinin olduğunu, onların uğurlu fəaliyyətinə hər cür şəraitin yaradıldığını söylədi. Prezident İlham Əliyev “Goetzpartners” şirkətini Azərbaycanda fəaliyyətə dəvət etdi.

Stefan Qötz dəvətə görə minnətdarlığını bildirdi.

Söhbət zamanı əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.