YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əbülfəs Qarayev: Azərbaycana gələn turistlərin sayının artması gözlənilir

Rusiyanın, İranın, Gürcüstanın turizm şirkətləri Azərbaycana turizm axınının artmasına maraq göstərirlər. Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Ə.Qarayev bildirib ki, bu yaxınlarda turizm assosiasiyaları ilə müqavilə bağlanıb. Onun sözlərinə görə, xarici ölkələrdən, xüsusilə qonşu ölkələrdən Azərbaycana gələn turistlərin sayının artması gözlənilir.

«Elə şirkətlər var ki, onların birbaşa hesabları xarici ölkələrlə bağlıdır. Məsələn, Azərbaycandan xaricə turist göndərərkən şirkətlər ödəmələrdə dollar, avro və yaxud digər valyuta tətbiq edirlər. Azərbaycanın daxilində isə bütün ödəmələr milli valyuta ilə həyata keçirilir. Bu da indiki dövrdə ölkəmizə turizm axınına imkan verir”.  Rusiya və Türkiyədə Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Turizm Assosiasiyasının təmsilçiliyi açılacaq. Artıq müqavilələr bağlanıb, yerlər və məkanlar müəyyənləşdirilib»- deyə, nazir vurğulayıb.