YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Görülən işlər dövlətin kənd təsərrüfatının inkişafına diqqətinin göstəricisidir

Son illərdə dövlətin güzəştli kreditləri hesabına 43 müasir quşçuluq və 25 heyvandarlıq kompleksinin, 39 intensiv bağçılıq təsərrüfatının, 53 loqistik mərkəzinin, və 22 taxıl abbarının, 16 meyvə-tərəvəz emalı, 9 süd emalı, 8 ət emalı müəssisəsinin, 28 çörək zavodunun, 46 istixana kompleksinin, 6 yem zavodunun yaradılması təmin edilib. Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

 E.İbrahimov bildirib ki, kənd təsərrüfatı sahəsinə verilmiş vergi güzəştləri nəticəsində son 10 ildə 2 milyard manatdan artıq vəsait sahibkarların sərəncamında qalıb. Onun sözlərinə görə, 2007-2015-ci illərdə yalnız yanacaq və motor yağlarına, buğda və çəltik əkinlərinə, mineral gübrələrə və reproduksiyalı toxumlara və tinglərə görə fermerlərə dövlət büdcəsindən 1 milyarddan çox subsidiya verilib.

«"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2005-2015-ci illər ərzində müxtəlif növ kənd təsərrüfatı texnikası, texnoloji avadanlıqlar, mineral gübrələr, damazlıq heyvanlar alınaraq hüquqi və fiziki şəxslərə güzəştli şərtlərlə lizinqə verilməsinə və ya lizinq yolu ilə satılmasına 700 milyon manatdan çox büdcə vəsaiti ayrılıb. Bütün bunlar, görülən işlər  dövlətin kənd təsərrüfatının inkişafına diqqətinin göstəricisidir»- deyə, E.İbrahimov vurğulayıb.