YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Akif Əlizadə: AMEA-nın elmi innovasiya nailiyyətlərinin və müasir dövrdə multikulturalizm ənənələrinin cəmiyyətdə təbliği zəruridir

AMEA-nın Rəyasət Heyəti tərəfindən “Azərbaycan Milli Elmlər Akademiyasının Alimlər Evi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) təsis edilməsi qərara alınıb. Bunu AMEA-nın prezidenti, akademik Akif Əlizadə deyib.

A.Əlizadə bildirib ki, AMEA-nın elmi innovasiya nailiyyətlərinin və müasir dövrdə multikulturalizm ənənələrinin cəmiyyətdə təbliği zəruridir. Onun sözlərinə görə, AMEA-nın elmi əməkdaşlarının yaradıcılıq fəallığının artırılması və mədəni-mənəvi inkişafının qorunması istiqamətində fəaliyyətin həyata keçirilməsi üçün yeni qurumun yaradılması vacibdir.

«Ona görə də, AMEA-da yeni qurumun - Alimlər Evinin yaradılmasına ehtiyac yaranıb. Bu məqsədlə AMEA-nın rəyasət heyətinin nəzdində “Alimlər Evi” MMC-nın təsis edilməsi qərara alınıb»- deyə, akademik vurğulayıb.