YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zakir Həsənov: Biz terrorizmi qətiyyətlə pisləyir və ən kəskin şəkildə terrora qarşı mübarizə aparırıq

Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Ankara şəhərində törədilmiş xain terror aktı nəticəsində həlak olanlarla bağlı Türkiyənin Milli Müdafiə naziri cənab İsmət Yılmaza və qardaş ölkənin Baş Qərargah rəisi ordu generalı Hulusi Akara başsağlığı məktubları ünvanlayıb.

Bu barədə Trend Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Məktublarda bildirilir: "Qardaş Türkiyə Respublikasının Ankara şəhərində törədilmiş xain terror aktı nəticəsində çoxlu sayda hərbi qulluqçunun və mülki şəxslərin həlak olması və xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi.

Biz bu dəhşətli hadisədən çox hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir və ən kəskin şəkildə terrora qarşı mübarizə aparırıq.

Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Xəsarət alanlara isə Tanrıdan şəfa diləyirəm".