YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Səfərov: Haaqa Məhkəməsində bir çox hadisələrlə bağlı məhkəmə fəaliyyət göstərsə də, təəssüf ki, Xocalı soyqırımını araşdıra biləcək hüquqi orqan yoxdur

«Xocalı soyqırımı beynəlxalq cinayətlər tarixinin ən qara səhifələrindən biri olaraq, erməni millətçilərinin son 200 ildə Azərbaycan xalqına qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətinin məntiqi nəticəsidir. Bu misli görünməyən cinayətin mümkün olması və onu törətmiş şəxslərin bu günə qədər cəzasızlığı beynəlxalq miqyasda ikili standartların və ədalətsizliyin hökm sürməsinin bariz nümunəsidir. Azərbaycan Prezidenti İlham Əliyev bu faktı öz çıxışlarında və bəyanatlarında dəfələrlə vurğulayıb». Bu fikirləri Milli Məclis Aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov deyib.

N.Səfərov bildirib ki, əgər beynəlxalq birlik İkinci Dünya müharibəsinin dəhşətlərindən düzgün nəticə çıxarsaydı müxtəlif coğrafi məkanlarda soyqırımı, hərbi cinayətlər, insanlıq əleyhinə cinayətlər baş verməzdi. Hər bir halda insanlığın əsaslarını sarsıdan bu cür əməllər törətmiş şəxslər layiq olduğu cəzanı alacaqlar.

«Haaqa Məhkəməsində bir çox hadisələrlə bağlı məhkəmə fəaliyyət göstərsə də, təəssüf ki, Xocalı soyqırımını araşdıra biləcək hüquqi orqan yoxdur. Orada bir nəfərin ölümü ilə bağlı məhkəmə orqanı var, amma belə kütləvi soyqırımı hadisəsi ilə bağlı yoxdur. Bu isə beynəlxalq ikili standartların nəticəsidir. Xocalı faciəsi zamanı Azərbaycan qanunvericiliyində soyqırımı ilə bağlı müddəa nəzərdə tutulmamışdı. Bu, yalnız 1999-cu ildə Cinayət Məcəlləsində öz əksini tapdı. BMT-nin soyqırımı ilə bağlı müvafiq konvensiyaları ratifikasiya edilərək Cinayət Məcəlləsinə köçürüldü. Amma beynəlxalq hüquqi sənədlər imkan verir ki, hətta soyqırımı törədilən zaman milli qanunvericilikdə bu soyqırımı törədənin məsuliyyətə cəlb edilməsi ilə bağlı müddəa olmasa da, cinayət işi qaldırıla bilər”- deyə, N.Səfərov qeyd edib.