YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xələf Xələfov: Azərbaycan hər zaman regional əlaqələrin inkişafına böyük önəm verir

Azərbaycan hər zaman regional əlaqələrin inkişafına böyük önəm verir. Bu fikri xarici işlər nazirinin müavini Xələf Xələov deyib.

X.Xələfov bildirib ki, bu çərçivədə aparılan çoxtərəfli və ikitərəfli dialoqların inkişaf etdirilməsi əhəmiyyətlidir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun doğurduğu fəsadlar, münaqişənin həllinə dair aparılan danışıqlara toxunan X.Xələfov Ermənistanın təcavüzkar siyasətindən əl çəkməməsinin, işğal etdiyi Azərbaycan ərazilərini azad etməməsinin danışıqların irəliyə aparılmasına və ümumilikdə problemin həll olunmasına imkan vermədiyini vurğulayıb.

«Eyni zamanda, Ermənistan BMT tərəfindən tanınmış sərhədləri çərçivəsində Gömrük İttifaqına qoşulmalıdır. Bu, beynəlxalq hüququn tələbidir»- deyə, nazir müavini qeyd edib.