YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Əli Həsənov: Ermənistan bir dövlət kimi dünyada heç bir hörmətə sahib deyil

«Son 60 ildə dünyada qaçqın və məcburi köçkünlərin sayı 52 milyona çatıb. Həmin 52 milyonun 33 milyonu artıq məcburi köçkünlərdir». Bu sözləri Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

Əli Həsənov bildirib ki, son 50-60 ildə baş verən münaqişələr nəticəsində 8 milyon insan öldürülüb: «Təbii ki, orada Dağlıq Qarabağ münaqişəsində şəhid olanlar da var. Dünyanın 80-ə yaxın ölkəsində bu münaqişənin zonaları var. Çox təəssüflər olsun ki, ilbəil bu münaqişələrin sayı artır. Əgər biz 2012-ci illə 2013-cü ili müqayisə etsək qaçqın və məcburi köçkünlərin sayı bir ildə 6 milyon artıb. Bu xoşəgəlməz proses davam edir. Ukrayna, ərəb ölkələrində və digər ərazilərdə baş verən hadisələri buna nümunə olaraq göstərə bilərik. Son 20 ilə nəzər salsaq görərik ki, bunların heç biri öz həllini tapmayıb əksinə ilbəil bunların sayı artıb. Bu isə dünyada baş verən ədalətsizliyin nəticəsidir, eləcə də dünyanın hegemon dövlətlərinin dünyanı rahat idarə etməsi üçün yaratdıqları münaqişələrdir. Təbii ki, həmin münaqişələrin həlli üçün də heç bir ciddi addım atılmır. Bu münaqişə və bizim Dağlıq Qarabağ münaqişəsinin həllinin yalnız bir yolu var. Təbii ki, bunu da Azərbaycan Prezidenti İlham Əliyev müəyyənləşdirib. Azərbaycan iqtisadiyyatı, ordusu güclənməli və daim öz torpaqlarımızı işğal etməyə hazır olmalıyıq».

Baş nazirin müavini vurğulayıb ki, Ermənistanın beynəlxalq müsvtəvidə heç bir nüfuzu yoxdur. Onun sözlərinə görə, Ermənistan bir dövlət kimi dünyada heç bir hörmətə sahib deyil.