YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyafət Əsgərov: Beynəlxalq hüquq çox dərin böhran içərisindədir

NATO Parlament Assambleyasının 86-cı “Rose-Routh” seminarında azərbaycanlı deputatların əsas məqsədi Dağlıq Qarabağ münaqişəsinin tam çılpaqlığı ilə xarici nümayəndələrə çatdırmaq idi. Bu fikri Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

Z.Əsgərov bildirib ki, seminarda 20-yə yaxın ölkədən 60-a yaxın nümayəndə iştirak edirdi. Odur ki, tədbirdə münaqişə ilə bağlı bütün həqiqətlər səsləndirilib.

 «Fikrimcə, məqsədimizə müəyyən qədər nail ola bildik. İkinci məqsəd Azərbaycanın Avropa avroatlantika məkanda əhəmiyyətini vurğulamaqdan ibarət olub. Bu gün Avropa Azərbaycan üçün ne edir və ya Azərbaycan Avropa üçün nə edir. Bu məsələ də geniş şəkildə müzakirə olunub. Seminarda bir daha əmin olduq ki, beynəlxalq hüquq çox dərin böhran içərisindədir. Əslində, bu gün onun qapısını döyən də yoxdur. Axı beynəlxalq hüquq kimin probleminin həll edir? BMT onu idarə edən dövlətlərin çubuğu ilə kimlərinsə problemini həll edir. Əslinə, obyektivlik istəyən kimsə ora müraciət etmir. Ona görə də hesab edirəm ki, beynəlxalq hüquq o vəziyyətə gəlib çatıb ki, o, bir sıra dövlətlərin əlində məşğulliyət, əyləncə, kiçik dövlətlər üçün isə sadəcə məhdudiyyətdir. Yəni, böyük dövlətlər yığışırlar,  şərab içirlər, özlərini məşğul olurlar, bizə isə deyirlər ki, beynəlxalq hüquq sizin üçün yaradılıb»- deyə, birinci vitse-spiker vurğulayıb.