YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Xəzər rayonunda 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

Bu gün Zirə Mədəniyyət Mərkəzində “EKO-Parkda”””””””” Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatı Qadınlar Şurasının və Xəzər rayon İcra Hakimiyyəti birgə təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib.  Tədbiri giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatı Qadınlar Şurasının sədri Pərvanə Hacıyeva bildirib ki, müasir dövrümüzdə Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında fəal rol oynayan bir varlıqdır: “Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva bütün dünyaya sübüt edir ki, Azərbaycan qadını gözəl ana olmaqla bərabər , həm də fəal ictimai xadim ola bilər. Bu gün əbəs yerə deyil ki, respublikamızın bir çox sahələrində çalışanların böyük bir hissəsini qadınlar təşkil edir.Azərbaycan qadını həm həkim, həm müəllim, həm memar, həm dövlət qulluqçusu, həm hərbiçi, həm ictimai-siyasi xadim, həm də qayğıkeş ana, vəfalı həyat yoldaşıdır”.

Pərvanə Hacıyeva Azərbaycan qadınlarının hər birinin ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti ətrafında sıx biləşdiyini, Onun yolunda fəaliyyətlərini davam etdirdiyini vurğulayıb.

Daha sonra YAP Xəzər rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Namiq Əhmədov 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edib. O bildirib ki, qadın bəşəriyyətə ana və ilk tərbiyəçidir: “Qadınlar həm cəmiyyətdə, həm də ailədə xüsusi rola malikdirlər. Bu gün cəmiyyəti qadınsız təsəvvür etmək mümkün deyil”. Namiq Əhmədov vurğulayıb ki, Şərqdə ilk dəfə səsvermə hüququ qazanmış Azərbaycan qadını bu gün ölkəmizi beynəlxalq müstəvidə layiqincə təmsil edir: “Bizlər bunu Azərbaycanın birinci xanımı, Yeni Azərbaycan Partiyasının Sədr müavini, millət vəkili, YUNSEKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyətində görməkdəyik. Bu gün hər bir azərbaycanlı qadını Onun bu fəaliyətindən örnək götürür, Vətəninə, dövlətinə layiqli vətəndaş kimi xidmət etməyə çalışır”.

Milli Məclisin deputatı Rauf Əliyev çıxışında qeyd edib ki, bu gün Azərbaycanda uğurlu qadınlar siyasəti yürdülür və bu siyasət hər bir azərbaycanlı qadının inkişaf və tərəqqi etməsində stimul rolunu oynamaqdadır: “O cümlədən, bildiyimiz kimi, ölkə parlamentində gender bərabərliyi haqqında qanun qəbul olunub. Ümumiyyətlə, Azərbaycanda qadınların hüquq bərabərliyi tam təmin olunub. Məhz bu amil ölkəmizdə demokratik proseslərin daşıyıcılarından biri kimi ehtiva olunmaqdadır”.

Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov çıxışında qadınları əlamətdar gün münasibəti ilə təbrik edib. Azərbaycanda uğurlu dövlət qadın siyasətinin həyata keçirildiyini qeyd edən Gülağa İslamov bildirib ki, qadınlar bu gün ictimai-siyasi proseslərdə fəal olmaqla yanaşı dövlət qurumlarında da lazımi səviyyədə təmsil olunurlar: “Biz bu fəaliyyəti davamlı olaraq görməkdəyik. Xüsusilə, rayonumuzda yaşayan qadınlarımız öz səmərəli ictimai, sosial fəaliyyətləri ilə daim öz öncüllükləri ilə seçiliblər. Təbii ki, bu amil bizim hər birimizi sevindirir. Biz bu uğurları gördükcə sevinir və hər zaman qadınlarımızın fəaliyyətlərini dəstəkləyirik”.

Tədbirdə çıxış edənlər, qadınlara olan diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkürlərini bildiriblər.

Sonda Xəzər rayonunun ictimai-siyasi həyatında fəallıq göstərən bir qrup qadına fəxri fərmanlar və hədiyyələr təqdim olunub.

Tədbir konsert proqramı ilə başa çatıb.