YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağacan Abiyev: Ölkəmizdə yüksək səviyyəli beynəlxalq idman yarşılarının keçirilməsi ənənəyə çevrilib

«Ölkəmizdə yüksək səviyyəli beynəlxalq idman yarşılarının keçirilməsi ənənəyə çevrilib. Bu mənada Azərbaycan I Avropa Olimpiya Oyunlarını da yüksək səviyyədə keçirmək əzmindədir». Bu fikri Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Milli Məclisin deputatı Ağacan Abiyev deyib. 

A.Abiyev bildirib ki, son illər ölkəmizdə müxtəlif idman növləri üzrə nüfuzlu beynəlxalq yarışlar keçirilir. Onun fikrincə, bu fakt deməyə əsas verir ki, biz olimpiya oyunlarına ev sahibliyi etmək iqtidarındayıq. 

«Bildiyiniz kimi Azərbaycan Avropa Olimpiya Oyunlarına ciddi şəkildə hazırlaşır. Görülən işlərin arxasında bizim təcrübəmiz, dövlətimizin yüksək inkişafı və idmana göstərdiyi diqqət dayanır. Bu bizə Avropa Olimpiya Olyunlarını yüksək səviyyədə keçirmək əzmində olduğuna inanmağa ciddi əsaslar verir. Hesab edirəm ki, bütün dünya gələn il Bakıda bu möhtəşəm idman tədbirinə şahidlik edəcək »- deyə A.Abiyev vurğulayıb.