YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Azərbaycan Prezidenti: Biz dünyaya göstəririk ki, multikulturalizm yaşayır

İndiki şəraitdə dünyada gedən toqquşmalar, o cümlədən milli, dini zəmində toqquşmalar bizi çox narahat edir. Biz yol göstəririk, nümunə göstəririk. Göstəririk ki, multikulturalizm yaşayır. Multikulturalizmin iflasa uğradığını deyənlər elə multikulturalizmin məhv edilməsinə çalışanlardır. Onlar bəlkə də başa düşmürlər ki, necə böyük səhv buraxırlar. Biz göstəririk ki, bu, mümkündür. Biz göstəririk ki, belə olmalıdır.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Dövlətimizin başçısı deyib: “Biz göstəririk ki, bütün millətlər, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar, yaşayacaqlar. Azərbaycan dövləti onları, onların maraqlarını, milli duyğularını, ləyaqətini qoruyur. Onlar bizim qardaşlarımızdır. Bizim gücümüz birliyimizdədir. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Bu, bizim sərvətimizdir. Biz bunu qorumalıyıq, qoruyacağıq və bir daha demək istəyirəm ki, dünyaya yol göstəririk. Bir çox məsələlərlə bağlı yol göstəririk - inkişaf, müstəqillik, ləyaqət, prinsipial siyasət, xalqlararası, millətlərarası münasibətlər, din–dövlət münasibətləri, energetika siyasəti, nəqliyyat siyasəti. Budur bugünkü Azərbaycanın reallıqları”.