YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zakir Həsənov: Bu gün Azərbaycanda ordu quruculuğu inkişaf edir və bu proses bundan sonra da davamlı olacaq

«Düşmən hiss etməlidir ki, siz hər zaman onlardan üstünsünüz. Prezident İlham Əliyevin "Azərbaycan torpaqlarında ikinci Ermənistan dövləti yaradılmayacaq" sözləri bizim devizimizdir». Bu fikirləri bu gün müdafiə naziri, general-polkovnik Zakir Həsənov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində məzunların buraxılış mərasimində çıxışı zamanı deyib.

Z.Həsənov bildirib ki, hər gün cəbhə xəttində atəş səsləri eşidilir. Onun sözlərinə görə, Silahlı Qüvvələrimizin bölmələri belə halların qarşısını qətiyyətlə alır.

«Bu gün Azərbaycanda ordu quruculuğu inkişaf edir və bu proses bundan sonra da davamlı olacaq»- deyə, nazir vurğulayıb.