YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Strasburqda Avropa Şurası Parlament Assambleyasının sədri Ann Brasör ilə görüşmüşdür

Fransa Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının sədri xanım Ann Brasör ilə görüşmüşdür.

Avropa Şurası Parlament Assambleyasının sədri Ann Brasör Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Dövlətimizin başçısı Avropa Şurasının Fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.

Görüşdə Azərbaycan ilə Avropa Şurası Parlament Assambleyası arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə olundu. Azərbaycanda insan haqları və demokratikləşmə sahəsində görülən işlər, o cümlədən Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi dövründə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə fikir mübadiləsi aparıldı.

 

DİGƏR Xəbərlər Arxiv