YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Rafael Hüseynov: Azərbaycan mədəniyyəti yüksək inkişaf edir

«Muğama bu gün Azərbaycanda dövlət səviyyəsində qayğı var. Azərbaycan mədəniyyəti həm ölkə içərisində və ölkə xaricində təbliğ olunur, yüksək inkişaf edir». Bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Rafael Hüseynov deyib.

R.Hüseynov bildirib ki, bütün bunlar həmin sahə ilə bağlı qanunvericiliyin yaradılmasını zəruri edir. Onun sözlərinə görə, mədəniyyətin ən müxtəlif istiqamətlərində baş verən proseslər yalnız ayrı-ayrı insanların iradəsindən asılı olmamalıdır.

«Hər şeyi qanunlar idarə etməlidir, çünki biz hüquqi dövlət quruculuğunda irəliləyirik. Bu istiqamətdə çox böyük nailiyyətlərimiz var və bu nailiyyətlər əlbəttə ki, gələcəkdə də olacaq. Bu, bizim xəttimizdir, sistemimizdir»- deyə, komitənin sədr müavini qeyd edib.

DİGƏR Xəbərlər Arxiv