YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağacan Abiyev: Azərbaycanda beynəlxalq idman tədbirləri yüksək səviyyədə keçirilir

«Azərbaycanda beynəlxalq idman tədbirləri yüksək səviyyədə keçirilir. Bu tədbirlərin, o cümlədən, bir çox idman növləri üzrə dünya və Avropa çempionatlarının Bakı şəhərində təşkilinin ənənəvi hal alması, ölkəmizdə yüksək səviyyədə yarışların keçirilməsi Olimpiya ailəsində böyük inam yaradıb». Bu fikirləri Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Milli Məclisin deputatı Ağacan Abiyev deyib.

A.Abiyev bildirib ki, Azərbaycan inkişafda olan bir dövlət kimi idman sahəsində də böyük nailiyyətlər qazana bilib. Onun sözlərinə görə, Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi də elə bundan qaynaqlanır.

«Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərar böyük tarixi hadisədir. Bu, bir daha vurğulayaq ki, Azərbaycana olan böyük inamdır. Heç şübhəsiz ki, bu sınaqdan da Azərbaycan uğurla çıxacaq və dünyaya göstərəcək ki, müstəqil, dinamik inkişaf edən Azərbaycan hər şeyə qadir olan ölkədir. Azərbaycanda indiyədək keçirilmiş dünya və Avropa çempionatları bir daha sübut edir ki, doğrudan da, Azərbaycanda idman uğurla, sürətlə inkişaf edir»- deyə, A.Abiyev qeyd edib.