YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan özünü yerli gəmilərlə təmin edəcək

Azərbaycanda yeni gəmiqayrma zavodunda gəmilərin tikintisi yükdaşımalara və ölkənin tranzit potensialının inkişafına öz töhfəsini verəcək. Bunu jurnalistlərə Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanov deyib.

Onun sözlərinə görə, yeni zavodda müxtəlif növ gəmilərin tikintisi nəzərdə tutulub ki, bu da ölkənin müvafiq strukturlarının gəmilərə olan tələbatını qarşılamağa imkan verəcək.

Q.Qurbanov qeyd edib ki, bu da öz növbəsində yükdaşıma sahəsinə və ümumilikdə tranzit potensialının inkişafına böyük töhfə verəcək: "Tranzit yüklərinin boşaldılıb daşınmasında bərə terminalı vacib rol oynayacaq. Bərə terminalının Ələt qəsəbəsində yeni beynəlxalq dəniz ticarət limanının tikintisi çərçivəsində istismara verilməsi planlaşdırılır".