YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünya şöhrətli amerikalı fotojurnalist Ed Kaşinin azərbaycanlı qaçqın və məcburi köçkünlərin taleyini əks etdirən “Həyata keçməyən arzular” adlı fotosərgisinə Böyük Britaniya mediasında işıqlandırılmışdır

Böyük Britaniyanın “The Telegraph” qəzetində dünya şöhrətli amerikalı fotojurnalist Ed Kaşinin azərbaycanlı qaçqın və məcburi köçkünlərin taleyini əks etdirən “Həyata keçməyən arzular” adlı fotosərgisinə dair müsahibəsi və fotoları dərc edilmişdir.

Ed Kaşi Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəvəti ilə azərbaycanlı qaçqın və məcburi köçkünlərin həyatını foto obyektivə almaq üçün Azərbaycanda səfərdə olmuşdur. Fotoqraf “The Telegraph” a verdiyi müsahibədə Azərbaycanın qaçqın və məcburi köçkün problemi ilə üzləşən ilk keçmiş sovet ölkəsi olduğunu bildirmişdir. “Qaçqınlar Ermənistandan, məcburi köçkünlər isə Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və ətraf yeddi rayondan olan etnik azərbaycanlılardır”, - deyə E.Kaşi vurğulamışdır. O bildirmişdir ki, hazırda Azərbaycan dünya ölkələri sırasında adambaşına düşən qaçqın və məcburi köçkünlərin sayına görə birinci yerdədir.

Müəllifin “Həyata keçməyən arzular” adlı fotosərgisi TEAS tərəfindən Londonda və Brüsseldə təşkil olunmuşdur. Ötən həftədən etibarən isə sərgi Dünya Qaçqınlar Günü münasibətilə Parisdə nümayiş olunur.

Müsahibənin mətni və şəkillərlə aşağıdakı linklərdən tanış olmaq mümkündür: