YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Allahşükür Paşazadə: Azərbaycan prezidentinin uğurlu siyasətinə sığınıb, qorunmalıyıq

“Bəzi dövlətlər, onlara xidmət edən qüvvələr var ki, Azərbaycanı dini zəmində parçalamaq istəyirlər”. Bunu dindarlarla görüş zamanı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə deyib. O bildirib ki, həmin qüvvələr Azərbaycanı iqtisadi, siyasi cəhətdən bölmək istəyirlər ki, burada əsas diqqəti dini zəminə yönəltməyə çalışırlar: “Bu qüvvələr indi aktiv olaraq mövcuddur”. Məlumat APA-nındır.

A. Paşazadənin fikrincə, bu gün bəzi insanlar var ki, həqiqi islamı inkişaf elətdirmək istəmirlər: “Bir qrup insanlar islam adı ilə elə işlər görürlər ki,
bəzi Avropa ölkələri də bunda iştirak edərək islama ləkə gətirmək istəyirlər. İslamı terror dini kimi təqdim edib ona qarşı mübarizə aparmağa hazırlaşırlar. Bunun fonunda bizim borcumuz dövlətçiliyimizi, dini vahidliyimizi, tolerantlığımızı qorumaqdır. Azərbaycan prezidentinin çox uğurlu siyasəti var. Ona sığınıb qorunmalıyıq”.


 

DİGƏR Xəbərlər Arxiv