YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda internet bələdiyyə sistemi üzərində iş aparılır

Azərbaycanda internet bələdiyyə sistemi hazırlanacaqdır.

Rabitə və Yüksək Tenologiyalar Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, artıq ilin əvvəlindən bələdiyyələrin vergi informasiya sistemi avtomatlaşdırılmışdır. İlkin mərhələ olaraq Binəqədi, Biləcəri, Rəsulzadə, Xocasən, Sumqayıt, Saray və Şəmkir bələdiyyələrində yerli ödəyicilərin elektron uçotunun tətbiqi üzrə pilot layihəyə başlanılmışdır.

Layihədə vergi ödəyicilərinin uçota alınması və mərkəzləşdirilməsi, eyniləşdirilmiş nömrələrin və şəhadətnamələrin verilməsi nəzərdə tutulur. Bu şəhadətnamələr vasitəsilə vergi ödəyiciləri bələdiyyə idarələrinə getmədən bank vasitəsi ilə ödəmə həyata keçirəcəklər.

Layihə başa çatdıqdan sonra bələdiyyələr uçot, bəyannamələr, yoxlamalar və s. kimi işlərini avtomatlaşdırılmış şəkildə həyata keçirəcəklər.

 

DİGƏR Xəbərlər Arxiv