YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda ATƏT Parlament Assambleyasının iyirmi üçüncü illik sessiyası çərçivəsində Daimi Komitənin iclası öz işinə başlamışdır

İclası giriş nitqi ilə açan ATƏT Parlament Assambleyasının prezidenti, Monteneqro parlamentinin sədri Ranko Krivokapiç ATƏT Parlament Assambleyasının ötən bir ildəki fəaliyyəti haqqında məlumat vermişdir. Bildirilmişdir ki, Assambleya çoxşaxəli fəaliyyətə başlamışdır, QHT sektoru və beyin mərkəzləri ilə əməkdaşlığa üstünlük verir. Bizim üçün hər bir üzv dövlətin fikri önəmlidir. Ölkələrin rəhbərləri, parlament sədrləri, xarici işlər nazirləri ilə görüşlər keçirilir.

O qeyd etmişdir ki, ATƏT Avropada sülh, sabitlik və əməkdaşlığın sütunlarından biridir. Biz ötən il ərzində birgə yaxşı əməkdaşlıq edə bildik. Həmçinin Helsinki + 40 Aktı çərçivəsində uğurlu əməkdaşlıq etdik. İnanıram ki, Parlament Assambleyası bizim ümumi qayəmizi əhatə edə biləcəkdir.
R.Krivokapiç ATƏT Parlament Assambleyasının QHT-lərlə əməkdaşlığın genişləndirilməsinə də xüsusi önəm verdiyini demişdir.

Sonra ümumi müzakirələr keçirilmiş, suallar cavablandırılmışdır.