YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pakistan Prezidenti Azərbaycanın müdafiə sənayesi naziri ilə görüşüb

Aprelin 26-27-də İslamabadda keçirilən Azərbaycan-Pakistan iqtisadi əməkdaşlığına dair hökumətlərarası komissiyanın VI iclasında iştirak etmək məqsədilə komissiyanın Azərbaycan tərəfindən həmsədri, müdafiə sənayesi naziri Yavər Camalovun rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti Pakistan İslam Respublikasında səfərdədir.

Müdafiə Sənayesi Nazirliyindən bildiriblər ki, səfərin ilk günü hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən həmsədri, müdafiə sənayesi naziri Yavər Camalovun Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn, Baş naziri Məhəmməd Nəvaz Şərif ilə görüşü olub və komissiyanın iclası öz işinə başlayıb.

Komissiyanın işində Azərbaycanın Müdafiə Sənayesi, Rabitə və Yüksək Texnologiyalar, İqtisadiyyat, Təhsil, Mədəniyyət və Turizm, Kənd Təsərrüfatı nazirliklərinin, Dövlət Neft Şirkətinin və digər dövlət qurumlarının nümayəndələri iştirak edirlər.

İki gün davam edəcək iclasda Azərbaycan ilə Pakistan arasında siyasi, iqtisadi, hərbi və humanitar sahələrdə mövcud olan əməkdaşlıqların daha da inkişaf etdirilməsi məqsədilə aidiyyəti qurumların nümayəndələrinin qarşılıqlı görüşləri təşkil ediləcək.

 

DİGƏR Xəbərlər Arxiv