YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Novruz Məmmədov: Dağlıq Qarabağ probleminin təməlində geosiyasi ambisiyalar durur

"Əgər biz dünyada olan problemləri nəzərə almasaq və qərarlar verməsək heç bir nəticə əldə edə bilmərik".

Bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov BMT Sivilizasiyalar Alyansının Bakıda keçirilən 7-ci Qlobal Forumu çərçivəsində "Sülhün bərqərar edilməsi və terrorun aradan qaldırılması" mövzusunda sessiyada çıxışı zaman deyib.

N.Məmmədov bildirib ki, dünyada proseslər siyasi iddialarla idarə edilir: "Dünyada münaqişələrin həlli üçün müxtəlif yanaşmalar var".

N.Məmmədov qeyd edib ki ki, vaxtilə dünyada 10-a qədər münaqişə var idi, lakin bu gün münaqişələrin sayı 50-ni ötüb.

N.Məmmədov əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı heç kəs beynəlxalq prinsipə istinad etmir.

N.Məmmədov bildirib ki, Dağlıq Qarabağ probleminin təməlində geosiyasi ambisiyalar durur: "Dağlıq Qarabağın ətrafında 7 rayon işğal altındadır, ancaq bu barədə heç kim danışmır. Beynəlxalq hüquqa əməl edilməlidir. Bu gün Dağlıq Qarabağ məsələsi barədə beynəlxalq hüquq prinsipinə riayət edilmir".

N.Məmmədov vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin 4 qətnaməsi var: "Amma heç kim bununla bağlı danışmır. Bu cür ədalətsiz yanaşmaya görə də dünyanın bir çox regionlarında gərgin vəziyyət mövcuddur. Dünya üçün bu heç də yaxşı hal deyil".

PA rəsmisi əlavə edib ki, beynəlxalq münasibətlərin iştirakçıları getdikcə artır.

N.Məmmədov qeyd edib ki, beynəlxalq KİV-lərin də öz maraqları var, onlar da artıq beynəlxalq münasibətlərin iştirakçılarına çevrilir: "Biz ədalət istəyirik, ancaq bu baş vermir, çünki aparıcı dövlətlər bunu istəmir".