YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azerbaijan Art Festival - 2014” layihəsi həyata keçiriləcəkdir

İyulun 1–dən 30-dək “Baku Creative Center”in təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və “Nar Mobile” mobil operatorunun baş sponsorluğu ilə “Azerbaijan Art Festival - 2014” layihəsi keçiriləcəkdir.

“Baku Creative Center”dən bildirmişlər ki, layihə turne şəklində Azərbaycanın bölgələri üzrə icra ediləcəkdir. Turne ardıcıl olaraq Astara, Lerik, Yardımlı, Lənkaran, Bərdə, Goranboy, Gəncə, Şəmkir, Qazax və Ağstafa rayonlarını əhatə edəcək və bu regionlarda sərgilər və rəssamlar tərəfindən ustad təşkil olunacaqdır.

Bu ilki festivalın özəlliyi onun interaktivliyindədir. Rəssamlarla insanların bir-biri ilə daha yaxın və asan ünsiyyət qurması məqsədilə “Azerbaijan Art Festival – 2014” layihəsində ustad dərsləri sərgi zamanı keçiriləcəkdir.

“Azerbaija Art Festival - 2014” layihəsinin iştirakçıları Novruz Məmmədov, Fərəc Rəhmanov, Erkin Ələkbərli, Lamiyə Mehdiyeva, Gülnarə Kuzukova olacaqlar.

Layihənin açılışı münasibətilə iyulun 1-də Baki Biznes Mərkəzində mətbuat konfransı keçiriləcəkdir.