YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdafiə naziri cəbhə bölgəsində mobil səhra hospitalında olub

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada fəaliyyət göstərən mobil səhra hospitalların birində olub və həkimlərlə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev nazirə görülən işlər haqqında məlumat verib. Bildirilib ki, müharibə şəraitində ixtisaslaşdırılmış cərrahi yardımın göstərilməsi üçün nəzərdə tutulan mobil səhra hospitalları ən müasir tibbi avadanlıqla tam təmin olunub.

Mobil səhra hospitalında yaradılan şəraitlə tanış olan general-polkovnik Z. Həsənov müvafiq tövsiyə və tapşırıqlarını verib.

 

DİGƏR Xəbərlər Arxiv