YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda “3D PrintConference” beynəlxalq konfransı keçiriləcək

Mayın 20-də Bakıda ikinci “3D PrintConference” beynəlxalq konfransı keçiriləcək. Tədbirin məqsədi perspektivli XXI əsrin texnologiyası sayəsində Azərbaycanın qarşısında açılan biznes imkanları müəyyən etməkdir.

Təhsil Nazirliyinin dəstəyi, “Smile-Expo” beynəlxalq sərgi şirkətinin təşkilatçılığı ilə keçiriləcək konfransın işi “Additiv texnologiyalar Azərbaycan iqtisadiyyatının inkişaf edən sahəsi”, “3D çap XXI əsrin texnologiyası”, “3D texnologiyalarda necə pul qazanmaq olar” və “3D printer sənayedə, təhsildə, təbabətdə” mövzuları üzrə aparılacaq.

“Smile-Expo” beynəlxalq sərgi şirkətindən bildirilib ki, tədbirdə Azərbaycan, Türkiyə, Rusiya və Böyük Britaniyadan olan aparıcı ekspertlərin çıxışları gözlənilir.

Təşkilatçıların fikrincə, tədbir fərdi və sənaye 3D printer istehsalçıları, 3D qurğuları üçün proqram təminatını hazırlayanlar, ehtiyat hissələrin, üçölçülü çap üçün material və aksessuar istehsalçıları, 3D bazarının bütün iştirakçıları üçün maraqlı olacaq.

Sərgidə qonaqlar müasir 3D avadanlığın bir sıra spektri ilə tanış olacaq, 3D printerin işini və yaratdığı məhsulları əyani görəcəklər.