YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Sosialist İnternasionalının baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də Sosialist İnternasionalının baş katibi Luis Ayalanı qəbul edib.

Sosialist İnternasionalının baş katibi Luis Ayala rəhbərlik etdiyi təşkilatın Qara dəniz hövzəsi, MDB məkanı və Cənubi Qafqaz Komitəsinin Bakıda keçirilməsi planlaşdırılan iclasına hazırlıq işləri ilə tanış olmaq üçün ölkəmizə səfər etdiyini vurğuladı. Luis Ayala Sosialist İnternasionalının son vaxtlar həyata keçirdiyi işlərdən danışdı.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyətinə dair fikir mübadiləsi aparıldı, Sosialist İnternasionalı ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri, o cümlədən beynəlxalq əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu.

Sonda xatirə şəkli çəkdirildi.