YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Qasımlı: Prezidentimizin nitqi müstəqil Azərbaycan dövlətinin diplomatiya tarixinin şərəfli səhifələrindən biridir

«Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasındakı  nitqi müstəqil Azərbaycan dövlətinin diplomatiya tarixinin şərəfli səhifələrindən biridir». Bu fikri Milli Məclisin deputatı, professor Musa Qasımlı deyib.

M.Qasımlı bildirib ki, cənab Prezident öz nitqi ilə müasir dövrün görkəmli dövlət xadimlərindən biri olduğunu təsdiqlədi. Onun fikrincə,  bu, tək dövlət başçısının nitqi deyil, eyni zamanda Azərbaycan Respublikası dövlətinin bir daha təqdimatı idi.

«Avropa Şurasına üzv olan ölkələr, eləcə də cənab Prezidentin nitqi haqqında məlumatı yayan digər ölkələrin kütləvi informasiya vasitələri Azərbaycan haqqında tam dolğun məlumata malik oldular. Ölkə rəhbərinin nitqi ilə mən bir azərbaycanlı olaraq qürur duydum. AŞPA-dakı nitqdən və Fransaya səfərdən sonra Azərbaycan Prezidentinin hərbi təlimlərdə iştirakı etməsi bir daha göstərdi ki, diplomatiya gücə arxalanmalıdır. Bu gün Azərbaycan dövləti güclü bir dövlətdir. Ermənistanın narahatlığına gəlincə isə, burada hər şey aydındır. Ermənistan təcavüzkar dövlətdir, Azərbaycan ərazilərini işğal edib və burada etnik-təmizləmə siyasəti yürüdüb. Ermənistan terroru dünya səviyyəsində himayə edən dövlətdir. Ermənistanın müasir dünya qaydalarına uyğun gəlməyən siyasəti ölkə başçısının nitqində öz əksini tapdı. Hesab edirəm ki, Prezident İlham Əliyev bu nitqi ilə Ermənistana sarsıdıcı diplomatik zərbə endirmiş oldu, işğalçı dövləti ifşa etdi. Eyni zamanda Azərbaycan həqiqətlərini dünyaya çatdırdı»- deyə, M.Qasımlı qeyd edib.