YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Dünya miqyasında iqtisadi artım templərinə görə biz ön plandayıq

“Sosial məsələlərin həlli üçün güclü iqtisadi imkanlar olmalıdır. Azərbaycan bu istiqamətdə də liderlik göstərir. Dünya miqyasında iqtisadi artım templərinə görə biz ön plandayıq”. Bu fikirləri Prezident İlham Əliyev Ağsu Rayon Mərkəzi Xəstəxanasının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə səsləndirib.

Prezident İlham Əliyev qeyd edib ki, 2016-cı il isə dərin iqtisadi islahatlar ilidir. İslahatlar dərinləşir, biznes mühiti yaxşılaşır. İlin əvvəlindən 30 mindən çox yeni iş yeri açılıbdır. İşsizliyə qarşı mübarizə aparılır və yeni müəssisələr, sənaye sahələri, zavodlar, fabriklər açılır, o cümlədən Ağsu rayonunda. Gələcəkdə sənaye potensialımızın artırılması, kənd təsərrüfatının inkişafı, əlbəttə ki, yeni bir vəziyyət yaradacaqdır.

“Sahibkarlıqla bağlı çox ciddi addımlar atılıbdır. Biznes mühitinin yaxşılaşdırılması, özəl sektorun inkişafı, ixrac potensialımızın artırılması və idxaldan asılılığımızın azaldılması istiqamətində çox ciddi işlər gedir” – deyə, dövlət başçımız qeyd edib.