YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatı Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən tədbir keçirib

Mayın 2-də Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatı rayon icra hakimiyyətinin dəstəyi ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən tədbir keçirib.

Tədbirdə YAP Gənclər Birliyinin Ulu Öndərin anadan olmasının 93-cü ildönümü ilə bağlı hazırladığı “Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur” adlı film nümayiş etdirilib.

YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı çıxış edərək Heydər Əliyevin doğum günü ilə əlaqədar keçirilən çoxsaylı tədbirlərin artıq ümumxalq bayramına çevrildiyini söyləyib. Bildirilib ki, Yeni Azərbaycan Partiyasının banisi və yaradıcısı, müasir müstəqil Azərbaycan dövlətinin xilaskarı və qurucusu ulu öndər Heydər Əliyevin adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib. Heydər Əliyevin polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaz xidməti, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi qoyulub. Məhz onun inkişaf strategiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirə bilib, zaman-zaman qlobal məkanda gedən proseslərin istiqamətverici subyektinə çevrilməyə nail olub.

Tədbirdə çıxış edən Milli Məclis sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova deyib ki, Azərbaycan xalqı xoşbəxt xalqdır. Xoşbəxt xalq o xalq deyil ki, onun qarşısına problemlər çıxmır, həyatını rahat yaşayır. Əsl xoşbəxt xalq odur ki, onu çətinliklərdən çıxara bilən, ona inam verən, öz gücünə inandıran bir lideri var.

Tədbirdə həmçinin, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Asif Əsgərov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, YAP Gənclər Birliyinin sədri Seymur Orucov çıxış ediblər.