YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Xəzər rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

Mayın 3-də   Zirə qəsəbəsində yerləşən Zirə Mədəniyyət Mərkəzinin “Eko” parkında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş  tədbir keçirilib. Tədbir Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının, Xəzər rayon İcra Hakimiyyətinin və Xəzər İnkişaf  Fondunun  birgə təşəbbüsü ilə reallaşdırılıb.

Tədbiri açan YAP Xəzər rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Namiq Əhmədov Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlər göstərdiyini bildirib. O, Ulu öndərin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışının Azərbaycan üçün böyük qurtuluş olduğunu deyib. N.Əhmədov qeyd edib ki, Ulu öndər Heydər Əliyevin ölkədə yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanın tarixində yeni bir səhifə açıldı: “1990-cı illərin əvvəllərində Azərbaycanda baş verən hadisələr fonunda ölkəmizi yalnız və yalnız Heydər Əliyev kimi nadir şəxsiyyət xilas edə bilərdi. Onun hakimiyyətə qayıdışı məhv olmaq təhlükəsi ilə üzləşən Azərbaycanı xilas etdi. Bu gün Onun yaratdığı, formalaşdırdığı siyasi və iqtisadi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir».

Çıxış edən “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev bildirib ki, Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur. Onun sözlərinə görə, məhz bu günkü Azərbaycan bizlərə Ulu öndərdən miras qalıb. B. Quliyev sovetlər dövründə də Ulu öndər Heydər Əliyevin Azərbaycanın inkişaf və tərəqqisi üçün müstəsna xidmətlər göstərdiyini diqqətə çatdırıb.

“İki sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü  Vüqar Rəhimzadə isə  çıxışında qeyd edib ki, Azərbaycanın bugünkü varlığında Ulu öndər Heydər Əliyevin imzası var: “Heydər Əliyev kimi dahi liderimiz olmasaydı, Azərbaycanın varlığından söhbət edə bilməzdik. Ölkəmizin bugünkü inkişafı, tərəqqisi  Onun apardığı uğurlu siyasətin nəticəsidir. Bütün həyatını Vətəninə, xalqına həsr etmiş Ümummilli lider Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti tariximizdə dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqı daim bu böyük məktəbdən, Ulu öndərin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq».  

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxışında bildirib ki, Ümummilli lider  Heydər Əliyev Azərbaycan xalqının tarixində ən böyük şəxsiyyətlərdən biridir. Onun sözlərinə görə, Ulu öndər  ölkəmizin müasir dövlətçiliyimizin əsasını yaratmaqla, onu möhkəmləndirməklə Azərbaycan tarixində böyük iz qoyub.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini  Rauf Əliyev isə  bildirib ki, Ulu öndər Heydər Əliyev Azərbaycanı dünyanın siyasi xəritəsindən silinməkdən, bütövlükdə məhv olmaqdan xilas edib.

Çıxış edən Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov bildirib ki, Azərbaycan adında müstəqil, güclü, iqtisadi cəhətdən inkişaf etmiş bir dövləti bizə məhz Ulu öndər Heydər Əliyev ərməğan edib.