YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ və Avropa İttifaqı “Cənubi Qaz Dəhlizi” layihəsini dəstəkləyirlər

ABŞ və Avropa İttifaqı “Cənubi Qaz Dəhlizi” də daxil olmaqla Avropadakı bir sıra enerji infrastruktur layihələrini dəstəkləyirlər.

Bu barədə ABŞ-Avropa İttifaqı Energetika Şurasının bəyanatında deyilir. Bildirilir ki, şura “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin inşası daxil olmaqla “Cənub Qaz Dəhlizi”ni dəstəkləyir.

Şuranın iclası mayın 4-də ABŞ dövlət katibi Con Kerri və Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi xanım Federika Moqerininin sədrliyi ilə Vaşinqtonda keçirilib. Şura həmçinin Yunanıstan-Bolqarıstan dövlətlərarası konnektorunun (Interconnector-Greece-Bulgaria (IGB), Xorvatiya və Yunanıstanda mayeləşdirilmiş təbii qaz (liquefied natural gas-LNG) terminallarının inşasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” layihəsi dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi” Cənubi Qafqaz Boru Kəməri (CQBK), Trans-Anadolu (TANAP) və TAP qaz boru kəmərlərindən ibarətdir. Bu dəhlizlə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropa ya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli planlaşdırılır.