YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Azərbaycanın gələcəyini parlaq görmək istəyiriksə, ölkə təhsili inkişaf etdirilməlidir

"Azərbaycanın gələcəyini parlaq görmək istəyiriksə, ölkə təhsili inkişaf etdirilməlidir. Bu mənada Prezidentin islahatlarının ən böyük ağırlığı təhsil işçilərinin üzərinə düşür".

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, YAP-ın Sədr müavini- İcra katibi Əli Əhmədov ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə təşkil olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxış edərkən deyib.

Azərbaycanda təhsil sahəsində böyük islahatların apardıldığını bildirən Baş nazirin müavini deyib ki, ən böyük resurs tükənməyən, daha da artan və artma imkanları olan insan resurslarıdır: "İnanıram ki, təhsil işçiləri bu resursların yetişdirilməsi, bu gün məktəblərimizdə təhsil alan şagirdlərin dərin mənalı vətəndaş kimi yetişdirilməsi üçün əllərindən gələni əsirgəməyəcəklər".

Əli Əhmədov deyib ki, Azərbaycan xalqı tərəfindən Heydər Əliyevin ad gününün qeyd edilməsi ona verilən yüksək qiymətin nəticəsidir: "Azərbaycan məktəblərində Heydər Əliyevin irsinin öyrənilməsi Azərbaycanda dövlətçilik ənənələrinin möhkəmlənməsi kimi hesab edilən aksiya sayıla bilər. Heydər Əliyev irsini öyrənmək dövlətçiliyə hörmətin ifadəsi kimi qiymətlındirlə bilər. Hər il minlərlə, bəzi hallarda on minlərlə şagird Heydər Əliyevin zəngin irsini öyrənir, inşa yazı müsabiqələrində iştirk edirlər. Bununla şagirdlər bir yandan, Heydər Əliyevə hörmətini bildirir, bir yandan da dövlətçilik ənənələri möhkəmlənir".